BİZ KİMİK?

Etik prinsiplərimiz

Yüksək səviyyədə məsuliyyət almaq və nümunəvi davranış nümayiş etdirmək

“Roketsan”lı, işi ilə bağlı ən yüksək səviyyədə məsuliyyət alır və bunun üçün lazım olanı yerinə yetirir. “Roketsan”lıdan; ağıllı, planlı, məhsuldar, iştirakçı, harmonik və hüzurlu iş mühitinin yaradılmasında və bu mühitin yaşadılmasında səmimi qatqı gözlənilir. Digər tərəfdən hər səviyyədəki yönətici; komanda üzvlərini, şirkət mədəniyyətini təşkil edən ümumi iş prinsipləri, siyasətləri, təcrübələri haqqında məlumatlandırır, davranışları ilə örnək olur, iş həyatında hər zaman onları dəstəkləyir. Bu kontekstdə, komanda işi mədəniyyətinin mənimsənilməsi bütün yönəticilərə düşən çox önəmli bir vəzifədir. .

Şirkət dəyərlərinə bağlı olmaq

Şirkətin ən böyük dəyəri bir fərd olaraq “Roketsan”lının özüdür. “Roketsan”lı; yönətməlik, əl kitabı, prosedur, təlimat və şirkətin digər təcrübələri ilə əsaslara bağlanmış olan şirkət dəyərlərini və üsullarını qəbul edir, həyata keçirir və davamlı olaraq təkmilləşdirir.

Şirkət qaynaqlarından səmərəli istifadə

“Roketsan”; fiziki varlıqlar (təsislər, materiallar), maliyyə resursları, kommersiya sirləri, patentlər, qeydiyyatlı markalar, özəl məlumatlar və fikir haqları daxil olmaq üzərə çox sayda önəmli varlığa sahibdir. “Roketsan”lı bütün varlıqlarını; üsuluna uyğun şəkildə və səmərəli olaraq istifadə edir, qoruyur, inkişaf etdirir və böyüdür. “Roketsan”lı, şirkət qaynaqlarını istifadə edərək əldə edəcəkləri məhsulların, ölkənin maraqlarına və ölkənin rifahına xidmət etməyi hədəfləyir.

Qurum içi bərabərliyi qorumaq

Şirkətdaxili proseslərdə və münasibətlərdə bərabərlik prinsipi əsasdır.
“Roketsan”lıdan, qurum içi bərabərliyə riayət etməsi, heç bir zaman ayrı-seçkilik etməməsi, həmişə ədalətli davranması, beləliklə mənsubiyyət və güvən duyğusunu gücləndirməsi gözlənilir.

Maraqların toqquşmasından çəkinmək

“Roketsan”lı; maraqların toqquşmasından uzaq durmaq prinsipini qəbul edir və şəxsi mənfəət üçün “Roketsan” adından istifadə etməz. “Roketsan”lı; Tədarükçü və subpodratçı firmalarla, şirkət mənafeyinə zidd olan və ya verəcəyi qərara və aparılan prosesə təsir edə biləcək münasibət içərisinə girməz, şirkət işlərində özünə və ya yaxınlarına fayda əldə etmək üçün hərəkət etməz və şirkət aktivlərini şəxsi ehtiyacları üçün istifadə etməz.

Axtardığınız sözü yazın və "enter" düyməsini basın. Bağlamaq üçün "ESC" düyməsini basın.