Türkiyənin raket və sursat texnologiyaları istehsal mərkəzi “Roketsan”, Müdafiə, Aerokosmik və Kosmos Sənayesi SAHA EXPO-da son texnologiyaya sahib məhsullarını sərgilədi. 10-13 noyabr tarixlərində İstanbul Sərgi Mərkəzində keçirilən sərgidə, “Baykar Savunma” ilə mini ağıllı sursat (MAM) məhsul ailəsindən MAM-L və MAM-C-nin Polşaya ixracı üçün müqavilə imzalandı. Bundan əlavə, ALKA yönləndirilmiş enerji silah sistemi təchizatçıları ilə də imzalanma mərasimi keçirildi.
15 fevral 2022-ci il tarixinədək virtual mühitdə davam edəcək SAHA EXPO, artıq minlərlə yerli və xarici ziyarətçini qəbul edib. Virtual sərgidə iştirak etmək istəyənlər www.sahaexpo.com saytından ətraflı məlumat əldə edə bilər.