“Roketsan”; Aviasiya, Kosmos və Texnologiya Festivalı TEKNOFEST 2021-də gənclərlə bir araya gəldi. 21-26 sentyabr tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST-də “Roketsan” stendini ziyarət edən gənclər müxtəlif yarışmalar və maarifləndirici fəaliyyətlərlə əylənərkən təcrübə və karyera imkanları haqqında məlumat əldə etmək imkanı qazandı.
TEKNOFEST zamanı gənclərin “Roketsan” və raket texnologiyaları ilə bağlı biliklərini sınayacağı yarışlarda, gənclər, həm öyrənir həm də əyləncəli vaxt keçirdi. “Roketsan” tərəfindən hazırlanan ALKA kompüter oyunu, “Roketsan” məhsul uyğunlaşdırma oyunu və “word portrait” kimi bir çox əyləncəli fəaliyyət də “Roketsan” stendində gənclərə təklif edildi.