Türkiyənin raket və sursat mərkəzi olan “Roketsan”, Konya Müdafiə Sənayesi və Silah Sərgisinə milli və unikal məhsulları ilə qatıldı. Müdafiə Sənayesi Başqanlığı və SaSaD dəstəyi ilə Konya Sənaye Palatasının təşkil etdiyi sərgi, yüzlərlə ziyarətçiyə ev sahibliyi etdi.
18-20 noyabr tarixləri arasında təşkil edilən Konya Müdafiə Sənayesi və Silah Sərgisində “Roketsan”; TRLG-230 raketi, mini ağıllı sursat ailəsinin üzvləri MAM-L, MAM-C və MAM-T, lazerlə tuşlanan mini raket sistemi METE-ni, ALKA yönləndirilmiş enerji silahı sistemi və mikro peyk buraxma sistemi (MPBS-MUFS) sərgilədi.