Bütün Xəbərlər

Türkiyənin raket mərkəzi “Roketsan”, yeni məhsulları ilə IDEF-21-ə hazırdır

17 August 2021

15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-21 öncəsi “Roketsan” İdarə Heyətinin başqanı prof. dr. Faruk Yiğit və “Roketsan” baş direktoru Murat İkinci mətbuat mənsubları ilə bir araya gəldi.

Prof. dr. Yiğit burada verdiyi açıqlamasında ““Roketsan” 33 ildir ki, ölkəmizin dayanıqlı inkişafı üçün var gücü ilə çalışır. Ehtiyaclara uyğun həllərimiz, dinamik və çevik iş sistemimiz və maliyyə gücümüz olan yüksək tutumlu texnologiya şirkətiyik. Türkiyə bu gün dünyada çox yaxşı nöqtədədir. Biz də “Roketsan” olaraq bütün qabiliyyətimizi bu gücü gücləndirmək üçün istifadə edirik” ifadələrini işlətdi.

Murat İkinci isə IDEF-21-də 9 məhsulu ilk dəfə nümayiş etdirəcəklərini ifadə edərək, “Türk müdafiə sənayesinin gücünü göstərəcəyi IDEF-2021-də, “Roketsan” da məhsulları ilə diqqət mərkəzində olacaq” dedi.

1465 m2 stend sahəsində qonaqlarını qəbul edəcək “Roketsan”, təcrübəli və bacarıqlı heyəti ilə məhsullarını iştirakçılara izah edəcək. “Roketsan”ın IDEF-21-də ilk dəfə təqdim edəcəyi məhsullar; MK-82 ümumi məqsədli bombanın pilotun nəzarəti altında hədəfinə çatmasını təmin edən LAÇİN tuşlama dəsti, MAM-T, SUNGUR silah sistemi, Türkiyənin ilk milli ağır sinif torpedosu AKYA, 324 millimetrlik ORKA torpedosu, METE lazer tuşlamalı mini raket, 122 millimetr və 230 millimetr raketlərə lazer axtarıcı başlıq əlavə edilərək inkişaf etdirilən TRLG-122 və TRLG-230 raketləri LEVENT yaxın hava hücumundan müdafiə sistemi (YHHMS-YHSS) olaraq sıralanır.

Türkiyənin raket mərkəzi “Roketsan”, IDEF-21-ə yeni məhsulları ilə qatıldı

15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-21-də “Roketsan” stendini ziyarət edən iştirakçılar, 9 yeni məhsulu ilk dəfə olaraq görmək fürsəti əldə etdi. Bu məhsullar MK-82 ümumi məqsədli bombanın pilotun nəzarəti altında hədəfinə çatmasını təmin edən LAÇİN tuşlama dəsti, MAM-T, SUNGUR silah sistemi, Türkiyənin ilk milli ağır sinif torpedosu AKYA, 324 millimetrlik ORKA torpedosu, 122 millimetr və 230 millimetr raketlər üçün lazer axtarıcı başlığı əlavə edərək inkişaf etdirilən TRLG-122 və TRLG-230 raketləri, yaxın hava hücumundan müdafiə sistemi (YHHMS-YHSS) və quru ATMACA qanadlı raketi oldu.

IDEF-21, həm də “Roketsan” üçün yeni imza mərasimlərinin də ünvanı oldu. Bu çərçivədə Müdafiə Sənayesi başqanı prof. dr. İsmail Dəmir və başqan köməkçisi prof. dr. Faruk Yiğitin iştirakı ilə Qara Atmaca Layihəsi üçün imzalar atıldı. Həmçinin IDEF-21-də, SOM “hava-yer” tipli qanadlı raket ailəsi və ATMACA gəmi əleyhinə raketə milli turboreaktiv mühərriki inteqrasiyasına dair imzalar atıldı.

 

Axtardığınız sözü yazın və "enter" düyməsini basın. Bağlamaq üçün "ESC" düyməsini basın.