CİRİT Lazerlə İdarəolunan Raket, qurudan, dənizdən və hava vasitələrindən yüngül zirehli/zirehsiz, sabit və hərəkət edən hədəflərə qarşı istifadə edilən yüksək dəqiqlikli və qənaətcil bir həlldir. Yeni nəsil raket CİRİT, idarə olunmayan 2.75 düymlük raketləri ilə idarə olunan tank əleyhinə raketlər arasındakı taktiki boşluğu doldurmaq üçün hazırlanmışdır.
CİRİT Lazerlə İdarəolunan Raket, çoxyönlü dizaynı sayəsində fərqli platformalara asan inteqrasiya və istifadəni təmin edir. Havadan səthə atış performansını qurudan quruya istifadədə də sübut etmişdir. Ölkəmizin ilk idarə olunan raket olan CİRİT, eyni zamanda dünyada öz sinfində ilk keyfiyyətli məhsuldur.
Diametr | 2,75” [70 mm] |
Uzunluq | 1,9 m |
Çəki | 15 kq [Atma Borusu İstisna olmaqla] |
Mənzili | 1,5 - 8 km |
Döyüş Başlığı Növü | Çoxməqsədli Başlıq [ÇMB *] Yüksək Partlayışlı Başlıq [YPB ****] |
İdarəetmə | MEMS**, İÖV*** Lazer Axtaran Başlıq |
Mühərrik | Az Tüstülü Kompozit Qatı Yanacaq |
Hədəf Növləri | Yüngül Zirehli / Zirehsiz Vasitələr, Silahlı Qüvvələr |
Lazer İşarələmə | STANAG 3733 ilə Uyğun Gələn Lazer İşarələyicilər |
*ÇMB Çoxməqsədli Başlıq [Zirehdələn, Piyada Əleyhinə Yanğın Çıxarıcı]
**MEMS Mikro Elektronik Mexaniki Sistem
***İÖV İnersal Ölçmə Vahidi
**** YPB Yüksək Partlayışlı Başlıq [Piyada Əleyhinə]