Çoxlüləli Raket Silah Sistemi, 10 - 280 km diapozon aralığında kritik hədəflərin dəqiq və vaxtında atəş altına alınmasını təmin edir.
Çoxlüləli Raket Silah Sistemi; TR-122, TRB-122, TRG-122, TRLG-122, TRG-230, TRLG-230, TRG-300 və BORA Raket/ Mərmilərini ata bilən, yüksək hərəkət qabiliyətinə malik atəş dəstək silah sistemidir. Çoxsaylı Raket Silah Sistemi Batareyası; Komanda Nəzarət Vasitəsi, Atma Vasitəsi, Sursat Təchizatı Vasitəsi, Meteoroloji Vasitə, Texniki Qulluq və Təmir Vasitəsi və digər zəruri köməkçi tapşırıq vasitələrindən ibarətdir.
Batareyanın Komanda İdarəetmə Sistemi və Silah İdarəetmə Sistemi, müasir Atəş Dəstəyi Avtomatlaşdırması və Muharibə Sahəsində Komanda Nəzarəti və İdarəetmə Sistemlərinə inteqrasiya oluna bilər. Hədəflə əlaqəli məlumatlar sistemə hədəf aşkarlama radarı və ya pilotsuz uçan aparat kimi hədəf təyinetmə vasitələrilə verilir.
Raket / Mərmi Diametri | 122 mm, 230 mm, 300 mm və 610 mm |
Raket / Mərmi Mənzili | 10 - 280 km |
Lülə Sayı | 2 x 20 TR-122, TRB-122, TRG-122, TRLG-122, 2 x 6 TRG-230, TRLG-230, 2 x 2 TRG-300, 1 x BORA |
Yaylım Atəşi Aralığı | 0,5 ~ 15 sn |
Daşıyıcı Platforma | 6x6 və ya 8x8 Taktiki Təkərli Zirehli Maşın |
Nişan | Avtomatik Manual [Ehtiyat] |
Sabitləşmə | 4 Hidravlik Ayaq |
Naviqasiya Sistemi | ANS* + QMS** |
*İNS İnersial [Ətalət] Naviqasiya Sistemi
**QMS [GPS] Qlobal Mövqeyitəyinetmə Sistemi [GPS]