Mikro Peyk Buraxma Sistemi

2012-ci ildə ölkəmizin kosmosa müstəqil olaraq çıxışı üçün düymə basıldı. 2015-ci ildə ROKETSAN-da Kosmos Sistemləri və Qabaqcıl Texnologiyaların Araşdırma Mərkəzinin təşkilati strukturu qurularaq, 2 il kimi qısa müddətdə kosmos texnologiyalarının sınaqdan keçirilməsi və sistemlərə kosmos tarixçəsi qazandırmaq məqsədilə elmi zond raketi hazırlandı və 2017-ci ildə kosmosa ilk dəfə müstəqil çıxış təmin edildi. 2018-ci ildə zond raketinin uçuş testlərinin də 100% uğurlu olaraq həyata keçirilməsi ilə mərhələ ayırma və atmosferdən kənarda kontrollu uçuş kimi bir çox texnologiya qazanılmış oldu.

Cümhuriyyətimizin 95-ci ildönümünü qeyd etdiyimiz 29 oktyabr 2018-ci il tarixində ROKETSAN, Türkiyənin kosmosa müstəqil çıxışını bir addım daha irəli daşınmasını hədəfləyən məqsədi daşıyan Mikro Peyk Buraxma Sisteminin (MPBS-MUFS) İnkişaf Layihəsinin həyata keçirilməsi üçün Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən vəzifələndirildi.

Layihə çərçivəsində kosmos texnologiyalarının sınaqdan keçirilməsi üçün hazırlanmış dörd ədəd zond raketinin sınaqları 29 oktyabr 2020-ci il tarixində uğurla tamamlandı. Kosmik buraxma sistemləri və kosmik vasitələr üçün tələb olunan kritik texnologiyalar, ROKETSAN mühəndisləri tərəfindən dizayn edilərək tamamilə yerli imkanlarla istehsal edildi və bu sınaqlar zamanı müvəffəqiyyətlə kosmos tarixçəsi qazandırıldı.

Kosmik buraxma sistemlərinin ən önəmli komponentlərini təşkil edən texnologiyalar istifadə edilərək:

  • İmpuls vektor kontrol xüsusiyyətinə sahib qatı yanacaqlı raket mühərriki,
  • İmpuls vektor kontrol ilə birlikdə elektromexaniki kontrol təhrik sistemi ilə sürülən aerodinamik hibrid kontrol,
  • İmpuls vektor kontrol xüsusiyyətinə sahib qatı yanacaqlı raket mühərriki ilə kosmosda çoxlu atəşləmə;
  • Kosmos mühitində həssas yönəlim kontrolu,
  • Milli sensorlar və milli qlobal mövqeləşdirmə sistemi qəbuledicisi ilə inersial həssas naviqasiya,
  • Kosmosda kapsul ayırma,

Müxtəlif struktur və kimyəvi materiallar və qabaqcıl proses texnikləri təsdiq edilmişdir.

Bundan əlavə, sözügedən sınaqlar zamanı, Ulduz İzləri və Radiasiya Ölçər kimi elmi yüklər, zond raketlərinin faydalı yükü olaraq kosmos mühitinə daşınmış, kosmos tarixçəsi qazandırılmış və elmi məlumatlar toplanmışdır.

Çox qısa bir təqvimdə bu nailiyyətlərin əldə edilməsinin arxasında, SSB-nin güclü dəstəyi ilə birlikdə ROKETSAN-ın müdafiə sahəsində 30 ildən artıq müddətdə qazandığı bilgi ehtiyatından, infrastrukturlardan, akademiya/sənaye paydaşlarının ekosistemindən və qabaqcıl texnologiyalara hakim mütəxəssislərindən qaynaqlanan gücünü, kosmos sahəsindəki mülki işlərə yönəldilə bilmək çevikliyi yatır. ROKETSAN-ın Türkiyənin kosmos səyahətinin ilk beş ilində yazdığı uğur hekayəsi, “Milli Kosmos Proqramı”nın cəsarət və ilham mənbəyidir.

ROKETSAN, 2026-cı ildən etibarən peykləri və kosmik gəmiləri milli imkanlar ilə ölkə daxilindən buraxa bilən, mülki kosmik sektorunun rəqabətçi oyunçularından biri olacaqdır. Hədəfimiz ay və ulduzlar, gücümüz alın tərimizdır.

Əlavə məlumatlar:

Layihə çərçivəsində ölkə daxilində qurulacaq Mikro Peyk Buraxma Mərkəzindən 2026-cı ildə 400 kilometrlik dairəvi orbitə ən azı 100 kiloqram faydalı yükü yerləşdirmə qabiliyyətinə sahib olacaq Mikro Peyk Buraxma Vasitəsi (MPBV-MUFA), Buraxma Mərkəzi və Ölçmə İzləmə Sistemlərindən ibarət MUFS-un tələblərinin analizi tamamlanmış və MUFS konseptual dizayn fəaliyyətləri son mərhələyə gətirilmişdir. 29 oktyabr 2020-ci il tarixində həyata keçirilən SR 0.1 uçuş testi və MUFS tədqiqatlarına əlavə olaraq, layihə çərçivəsində hazırlanmış genişmiqyaslı və yüksək performanslı zond roket sistemi üçün də ön dizayn fəaliyyətləri uğurla tamamlanmışdır.

2023-cü ildə buraxılması hədəflənən sond roketi, 300 kilometr hündürlükdən artıq ən az 100 kiloqram faydalı yükü yuxarı qaldırma qabiliyyətinə sahib, MUFA texnologiyalarının sınaqdan keçiriləcəyi bir texnologiya platforması olacaqdır. Digər tərəfdən, MUFA-nın birinci pilləsinin yan mühərriklər ilə dəstəkləndiyi və daha yüksək tutumlu (faydalı yük və/və ya orbital hündürlük) MUFA konfiqurasiyası üçün də işlər sürətləndirilmişdir.

 

YÜKLƏNİR

Axtardığınız sözü yazın və "enter" düyməsini basın. Bağlamaq üçün "ESC" düyməsini basın.