T-107/122 Çoxlüləli Raket [ÇRSS] Silah Sistemi; gecə -gündüz hər cür hava və ərazi şəraitində qoşunların yüksək prioritetli hədəflərə qarşı manevr etməsinə intensiv və təsirli atəş dəstəyi verən bir silah sistemidir.
T-107/122 ÇRSS Sistem Batareyası, tapşırığa dəstək vasitələri ilə müstəqil olaraq işləyə bilir. T-107/122 ÇRSS sistem batareyasında; 1 C-107/122 Komanda və Nəzarət Vasitəsi, 6 T-107/122 Atma Vasitəsi, 6 L-107/122 Sursat Təchizatı Vasitəsi, 1 M-107/122 Meteoroloji Vasitə və 1 R-107/122 Texniki Qulluq və Təmir Vasitəsi mövcuddur. Sistem alətlərinin növü və sayı lazım gəldikdə dəyişdirilə bilər.
Batareyanın Komanda İdarəetmə Sistemi və Silah İdarəetmə Sistemi, müasir Atəş Dəstəyi Avtomatlaşdırması və Muharibə Sahəsində Komanda Nəzarəti və İdarəetmə Sistemlərinə inteqrasiya oluna bilər. Hədəflə əlaqəli məlumatlar sistemə hədəf aşkarlama radarı və ya pilotsuz uçan aparat kimi hədəf təyinetmə vasitələrilə verilir.
Diametr | 107 mm və 122 mm |
Mənzili | 3 - 40 km |
Lülə Sayı | 3x20 TR-107 1x20 TR-122, TRB-122, TRG-122, TRLG-122 |
Yaylım Atəşi Aralığı | 0,5 ~ 2 sn |
*İNS İnersial [Ətalət] Naviqasiya Sistemi
**QMS [GPS] Qlobal Mövqeyitəyinetmə Sistemi [GPS]
Daşıyıcı Platforma | 4x4 veya 6x6 Taktiki Təkərli Zirehli Maşın |
Nişan | Avtomatik Manual [Ehtiyat] |
Sabitləşmə | 4 Hidravlik Ayaq |
Naviqasiya Sistemi | ANS* + QMS** |